20.10.2024, 03:37
AZ EN
21.11.2023, 08:00 289

Yasamalda “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib

XƏBƏRLƏR

YAP Yasamal rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 31-ci il dönümü münasibəti ilə “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları-Naqif Həmzəyev, Ülvi Quliyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvləri, “91-lər”dən Şahlar Əsgərov, Südeyf İmamverdiyev, Yeni Azərbaycan Partiyası Veteranlar şurasının üzvü Misir Mərdanov, Yasamal rayon hüquq mühafizə orqanlarının rəhbərləri, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal Rayon Qeydiyyat Şöbəsinin rəisi İlahə Ələsgərova, YAP Yasamal rayon təşkilatının və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, Asan Xidmət könüllüləri və rayonun aktiv gəncləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət edilərək abidə önünə gül dəstələri düzülüb, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.  Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi üƏÜmummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, xalq artisti Samir Cəfərovun ifasında Yeni Azərbaycan Partiyasının Himni ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər