Qəbulda icra başçısı Kamal Həsənov Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın işğaldan azad olunmuş ərazilərdə icrası ilə bağlı, həmin ərazilərdə məskunlaşmanın təmin edilməsi və əhalinin köçə hazırlanması ilə əlaqədar görülən işlər barədə geniş məlumat verib.
Daha sonra səyyar qəbulda iştirak edən rayon sakinləri onları narahat edən məsələlərdən danışıb. Rayon rəhbəri vətəndaşları dinləyərək səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.
Görüşün sonunda qəbulda iştirak edən sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD