27.07.2024, 09:28
AZ EN
20.11.2023, 16:40 146

Nəzakət Teymurova Ağdamda yaşayıb-yaratmaq arzusundadır

XƏBƏRLƏR
  • Bu gün Ağdam şəhəri günüdür. Bu münasibətlə İTV-nin səhər proqramının qonağı, əslən Ağdamdan olan Xalq artisti Nəzakət Teymurova illərlə doğmaları ilə çəkdiyi Vətən həsrətindən və sonra da Zəfər sevincimizdən danışıb:

“Ailəmiz çox zəhmətkeş olub, biz on uşaq olmuşuq. Amma bizi oxudublar, ali təhsil almağımıza şərait yaradıb valideynlərimiz. Ağdamın  işğalından sonra şəhidi, itkini olan qohumlarımızla birgə çox əziyyət çəkdik. Həyata sıfırdan başlamaq çox çətin oldu. Amma sınsaq da əyilmədik. Mən elə bir insanam ki, təkcə olanlarla, bu günlə yaşamıram, gələcəyə baxıram...”

Müğənni deyib ki, illərlə çəkdiyimiz əzablardan sonra torpaqlarımzın işğaldan azad olunmasını, bu böyük Zəfəri göz yaşlarımızla qarşıladıq.

“Hansı ölkədə çıxış etsək də mən həmişə Qarabağ həqiqətlərini dindirməyə çalışmışam. Biz də öz sənətimizin əsgərləriyik”, - deyən müğənni o gözəl səslər yenə Ağdamdan, o torpaqlardan gələcək, söyləyib.  “Biz Qarabağa gedirik, elə bil, torpaq bizimlə sevincini bölüşür. Mən öz adımdan, ailəm adından, qarabağlılar adından Ali Baş Komandanmıza təşəkkür edirəm. Biz ömrü boyu Prezidentimizə minnətdarıq. O torpaqları canı-qanı bahasına bizə qaytaran şəhidlərimizin də bu gün ruhu şaddır. Qazilərimizə Allah cansağlığı versin, igid əsgərlərimiz var olsun”.  

Nəzakət xanım bildirib ki, Şuşada, Laçında, Ağdamda olmuşuq, konsertlər vermişik. İnşallah o biri rayonlarımızda da gözəl tədbirlərimiz olacaq.

Müğənni onu da söyləyib ki, o fəaliyyətini doğma Ağdamda  davam etdirmək, orada yaşamaq istəyir:

“Birinci bizim tanınmış insanlarımız, ziyalılarımız getməlidi o torpaqlara sonra onların arxasınca da əhali getməlidi...”

Mina RƏŞİD

Oxşar xəbərlər