08.09.2024, 07:14
AZ EN
20.11.2023, 07:57 131

Zabux sakini: Bu gün çox sevincliyik, doğma obamıza gedirik

XƏBƏRLƏR
  • Bu gün mən ailəmlə birlikdə çox sevincliyik, çünki doğma elimizə, obamıza gedirik.

Bunu noyabrın 20-də Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Murad Vəlizadə deyib.

Qırx dörd günlük Vətən müharibəsində iştirak etdiyini vurğulayan Murad qeyd edib ki, Azərbaycanın ərazi bütövlü Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə şanlı Ordumuzun gücü sayəsində tam bərpa olunub.

“Biz 30 ildir həsrətində olduğumuz gözəl torpaqlarımıza qayıdırıq. Bizə bu şəraiti yaradan Prezidentimizə təşəkkür edirəm. Bu sevinci bizə yaşadan Vətənimizin qəhrəman övladlarına minnətdaram”, - deyən keçmiş məcburi köçkün şəhidlərimizə Allahda rəhmət, qazilərimizə şəfa diləyib. (AZƏRTAC)

Oxşar xəbərlər