16.04.2025, 19:09
AZ EN
18.06.2023, 11:03 348

Unudulmaz qəhrəman Canlar Cavadov

XƏBƏRLƏR
  • Qələbə çalacağımıza əmin olan qəhrəmanın arzusunu ordumuzun igid döyüşçüləri yerinə yetirdi. İndi onun da ruhu yüzlərlə şəhid qəhrəmanlarımız kimi Qarabağımızın aydın səmasında rahat dolanır...

Cavadov Canlar Aqil oğlu 18 iyun 1980-ci il iyunun 18-də Gəncə şəhərində doğulmuşdur.

1998-ci ildə Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbi bitirmişdir.

2004-cü ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Naxçıvan Muxtar Respublikasındakı N saylı hərbi hissədə xidmət etmişdir. Daha sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində kursant, N saylı hərbi hissədə isə kiçik çavuş rütbəsinə təyin edilərək sanitar kimi xidmətini davam etdirmişdir. Ən böyük arzusu Qarabağı azad görmək idi Canlar cavadovun. Qələbə çalacağımıza elə əmin idi ki...

27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Azərbaycan ordusunun əsgəri, MAXE hərbi qulluqçu Canlar Cavadov Vətən Müharibəsi zamanı Goranboy rayonu ərazisində, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

2020-ci il sentyabrın 29-da Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidliyin zirvəsinə ucalmışdı.

Sentyabrın 30-da Gəncə şəhərinin Şəhidlər xiyabanında böyük ehtiram və izdihamla dəfn edilmişdir.

Qəhrəmanımız ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunduğuna görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər