23.11.2024, 00:22
AZ EN
16.01.2024, 16:13 305

Hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statuslu şəxslərə müavinət verilməyəcək

XƏBƏRLƏR
  • Nazirlər Kabineti bununla bağlı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, aylıq müavinət müddətli həqiqi hərbi xidmətdən boyun qaçırmış məcburi köçkün statusu olan şəxslərə şamil edilməyəcək.

Bundan əvvəl səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçıran məcburi köçkün statusu olan şəxslərə bu müavinət şamil edilməyib.

Qeyd edək ki, bu qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. (Trend)

Oxşar xəbərlər