27.07.2024, 14:32
AZ EN
14.06.2023, 07:37 173

Abbasovlar ailəsi Laçına, doğma evlərinə qayıdırlar

XƏBƏRLƏR
  • İyunun 14-də laçına növbəti 22 ailə köç edəcək. 56 yaşlı sarvan Abbasov da 31 il sonra doğma torpağına qayıdanlar arasındadır. O, həyat yoldaşı ilə birgə bundan sonra Laçında yaşayacaq. Artıq onların rayondakı evləri tam təmir olunub.  Bu gün Abbasovlar ailəsi doğma torpaqlarına yola düşürlər.

Sarvan Abbasov deyir ki, açığını deyim, mən ümidimi itirmişdim, inanmırdım ki, yenidən öz torpaqlarımıza. Evimizə gedək. Şükür Allaha ki, dövlətimizin başçısı cənab İlham Əliyev bizim ümidlərimizi, xəyallarımızı gerçəkləşdirdi.Onun  rəhbərliyi ilə, ordumuzun şücaəti ilə o torpaqlarımız işğaldan azad edildi. Allah qazilərimizə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin. Mən Birinci Qarabağ veteranıyam, son ana qədər döyüşmüşəm. 31 ildir ki, doğma Laçınımıza, evimizə, torpağımıza həsrətik. Bu gün Laçına qayıdacağımıza çox sevinirəm.

Sarvan Abbasov deyir ki, Laçındakı evləri ilə bağlı hər şeyi xatırlayır. Vaxtilə yaşadıqları ata-baba evləri indi əvvəlkindən də gözəldi. O deyir ki, bu evimiz tikiləndə mən uşaq idim, gücüm çatdığı qədər ustaya kömək edirdim. İndi sevincimiz hədsizdir. Uşaqlığımın xatirələri ilə dolu olan həmin evimizdə rahat yaşayacağıq. Həyat yoldaşım da müəllimədi. O da Laçın məktəbində işləyəcək.  Ermənilərin dağıtdığı bayır qapını da yenidən təmir ediblər, daha yaxşı qapı qoyublar, həyətə metlaq daşlar düzülüb, ümumiyyətlə, rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Bu cür gözəl şəraitə görə dövlətimizin başçısına dərin minnətdarlığımızı bildiririk.

Laçına köçəcəyi ilk gün Sarvan Abbasov ilk növbədə doğmalarının məzarını ziyarət etmək niyyətindədir, deyir ki, ziyarət etməli yerlər çoxdur...

Artıq Abbasovlar ailəsi böyük günə hazırdır və böyük ümidlə yola çıxıblar. Qarşıda isə onları daha firəvan həyat gözləyir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər