Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında məlumat verib.
O, Dövlət Komitəsinin azad edilmiş ərazilərdə müvafiq xidmət bölmələrini təşkil etmək niyyətində olduqlarını bildirib: "Böyük Qayıdış" proqramında bununla bağlı müddəalar var və tərəfimizdən buna uyğun olaraq işlər aparılır. Qarabağda müvafiq mərkəzlərin açılması plana daxil edilib. Hazırda onların üzərində işləyirik. Yəqin ki, yaxın vaxtlarda onların istifadəyə verilməsinin şahidi olacaqsınız". (Report)