08.09.2024, 07:46
AZ EN
16.11.2023, 09:57 258

Azərbaycan dünyada tolerantlıq nümunəsidir

XƏBƏRLƏR
  • 16 noyabr dünyada Tolerantlıq Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1995-ci ildə UNESCO-nun 50 illiyi münasibətilə təsis edilib.

Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi qəbul edilir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan dünyanın nadir ölkələrindəndir ki, burada müxtəlif xalqların və dinlərin nümayəndələri bir ailə kimi mehriban şəraitdə yaşayırlar.

Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident İlham Əliyev dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır, onun həyat tərzidir.

Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf etmişlər. Azərbaycan çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər