22.11.2024, 08:25
AZ EN
13.11.2023, 16:00 293

BMM-də qazi şairlərin çıxışı olacaq

XƏBƏRLƏR
  • Noyabrın 14-də Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) təşkilatçılığı ilə “İgidlərin sözü” layihəsi çərçivəsində “Qayıdışın mübarək” adlı bədii-musiqili gecə keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbir Şanlı Zəfərimizin üçüncü ildönümünə həsr olunur. Gecədə sözləri şair Arif Abdullazadəyə, musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Şəhidlər andı”, Əməkdar artist Lalə Məmmədovanın ifasında isə sözləri şairə Nigar Həsənzadəyə (tərcümə: Salam Sarvan), musiqisi Xanım İsmayılqızına məxsus “Qayıdışın mübarək” adlı mahnılar ilk dəfə ifa olunacaq.

Musiqili-bədii gecədə qazi şairlər, Beynəlxalq Muğam Festivalının qaliblərindən olan Həzrət Əzizli və musiqiçilər çıxış edəcəklər.

Layihənin ideya müəllifi Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun Mədəniyyət, sosial və humanitar məsələlər komitəsinin sədri, şairə Nigar Həsənzadədir.

Qeyd edək ki, musiqli gecədən əvvəl Muğam Mərkəzinin foyesində Azərbaycan Dövlət Televiziyasının "Döyüşən rəssamlar" layihəsi çərçivəsində qazi rəssamların əsərləri nümayiş etdiriləcək.

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR