22.11.2024, 09:35
AZ EN
06.11.2023, 11:39 287

Onun idealı Mübariz İbrahimov idi

XƏBƏRLƏR
  • Bu gün Vətən uğrunda qəhrəmancasına şəhadətə ucalan müddətdən artıq  hərbi qulluqçu, şəhid Şaiq Vidadi oğlu Teymurovun doğum günüdür. O, 1996-cı il noyabrın 6-da İmişli rayonunun Aranlı kəndində anadan olub.  

Uşaqlıqdan idmana həvəsi olan Şaiq əlbəyaxa döyüş növləri ilə məşğul olub və bir sıra nəaliyyətlər qazanıb. O, Milli Qəhrəman Mübariz İbrahimovu özünə ideal seçmişdi. Buna görə də, hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıdıb.

Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu, kəşfiyyatçı Şaiq Teymurov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli istiqamətində gedən qızğın döyüşlərə qatılıb. Şaiq Teymurov öz dəstəsi ilə Füzuli döyüşlərində bir postu ələ keçirib və 31 ermənini məhv edib. Bundan sonra sentyabrın 29-da yeni bir post uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla İmişli rayonunda dünyaya göz açdığı Alarlı kəndində torpağa tapşırlıb.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Şaiq Teymurov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Ata-anası qəhrəman övladlarının şücaətindən qürurla danışırlar. Atası deyir ki, Şaiq gülərüz, mehriban, həm də, mərd, qorxmaz, elinə-obasına bağlı bir oğul idi. Mənim onunla münasibətim bir ata-oğul kimi yox, yaxın dost kimi olub. Şaiq qohum-əqrəba arasında, kənd camaatı arasında da hörmətli-izzətli bir insan idi. Bu gün də hamı ondan danışır, hətta kənddə kiçik uşaqlar onu bəzən “Şaiqin atası” kimi bir-birlərinə tanıtdırırlar. Şaiq həmişə öndə olmağı, irəli getməyi xoşlayırdı...

Şaiqin anası isə, bayraq oğlumun həm nişanıdı, həm də toyudu, deyərək oğlunun Vətən uğrunda şəhid olduğundan qürur duyduğunu söyləyir.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR