30.04.2024, 22:06
AZ EN
04.11.2023, 13:22 209

Həbib Mikayıllı: Ermənistanda dəqiq mina xəritələri olduğu halda onları vermək istəmir

XƏBƏRLƏR
  • Vətən müharibəsi başa çatdıqdan dərhal sonra biz mina təhlükəsinin acı nəticələrini hiss etməyə başladıq. Ermənistanda dəqiq mina xəritələri olduğu halda, onları Azərbaycan tərəfinə vermək istəmir.

Bu fikirləri Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Milli Məclisdə keçirilən “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı səsləndirib.

2021-ci ildə Kəlbəcərdə iki media əməkdaşının minaya düşərək həyatını itirdiklərini xatırladan H.Mikayıllı bildirib ki, ermənilər Laçın və Kəlbəcərdə məskunlaşdıqları üçün bu əraziləri minalamayıblar. Amma üçtərəfli Bəyanatın imzalanmasından sonra onlara verilən vaxt çərçivəsində imkan tapıb mina basdırmağa müvəffəq olublar. Burada söhbət minaların necə gəldi basdırılmasından gedir.

H.Mikayıllı bildirib ki, ərazilərimizi 30 il işğal altında saxlayan və mina terroruna məruz qoyan bir ölkənin “timsah” göz yaşları tökərək kimlərdənsə imdad diləməsi gülüncdür.

“Ermənilər Laçın dəhlizindən sui-istifadə edərək uzun müddət ərazilərimizə silah-sursat daşıyıblar. Azərbaycan buna son nəticədə son qoymalı oldu.

Sentyabr ayında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra müəyyən olundu ki, Kəlbəcərdən Ağdərə və Xocavəndə qədər ərazi mina ilə çirkləndirilib”, - deyə o əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər