29.03.2024, 14:24
AZ EN
13.06.2022, 17:00 318

“Mine Mark” təşkilatının nümayəndə heyəti Ağdama səfər edəcək

XƏBƏRLƏR
  • Niderlandın Haaqa şəhərində fəaliyyət göstərən “Mine Mark” qeyri-hökumət təşkilatının nümayəndə heyəti Ağdam rayonuna səfər edəcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti 30 ilə yaxın işğal dövründə ermənilərin Ağdam rayonunda törətdikləri misli görünməmiş dağıntıların miqyası ilə tanış olacaq, Ağdam rayon 14 nömrəli Texniki Fənlər Təmayüllü məktəb-liseydə mina təhlükəsizliyi ilə bağlı şagirdlərə təlim keçəcək.

Xatırladaq ki, “Mine Mark” təşkilatının nümayəndə heyəti 25 aprel 2019-cu ildə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şagirdlər üçün maarifləndirici tədbir keçirib. Şagirdlərə tərkibində fərqli tipli minaların şəkilləri olan kitablar, broşürlar paylanılıb, əyləncəli oyunlar təşkil edilib.

Qeyd edək ki, “Mine Mark” qeyri-hökumət təşkilatı 2018-ci ildə Niderland Krallığında qeydiyyata alınıb. Bu təşkilatın təsisçiləri Lalə Mustafazadə və Nils Hegeldir. Mina təhlükəsizliyi ilə bağlı uşaqları maarifləndirmək məqsədilə yaradılan təşkilat BMT-nin Minatəmizləmə Xidmətinin təlimatları əsasında tədris vəsaitləri (kitablar, videotəlimatlar, maarifləndirici cizgi filmləri və oyunlar) hazırlayır. Hazırda təşkilat mina təhlükəsizliyi üzrə virtual oyun tətbiqi yaradıb və daha böyük uşaq auditoriyasını əhatə etməyi planlaşdırır. (Report)

Oxşar xəbərlər