Bunu Cəbrayıl sakini Məhərrəm Abbasov deyib.
Onun sözlərinə görə, Allah torpaqlarımız uğrunda qanından, canından keçən şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.
"Şəhid analarının qarşısında baş əyirəm. Torpaqlarımızın azadlığı uğrunda əməyi keçən hər bir şəxsə təşəkkür edirəm. Allah bu günü bizə onların hesabına qismət edib.
Hər iki müharibədə iştirak etmişəm. Ehtiyatda olan zabitəm. Uzun illər həsrətində olduğum Cəbrayılı hər gecə yuxumda ziyarət etmişəm. Bu gün isə bu yuxu çin olur. Mən o torpaqsız yaşaya bilmirəm. Şəhidlərimizin qanı töküldüyü o ərazilərə qayıtmamaq onlara böyük hörmətsizlik olar. Buna görə, bütün keçmiş məcburi köçkünlər öz yurdlarına qayıtmaq istəyirlər. Biz doğma yurdumuzda vətənpərvər övlad yetişdirməliyik.
Ali Baş komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edildi. Biz qalib xalqıq, üzərimizdə olan o ləkə götürüldü. Allah Prezidentimizi qorusun", - deyə o qeyd edib. (Trend)