20.09.2024, 09:32
AZ EN
26.10.2023, 12:00 371

Azər qəhrəman olmaq üçün doğulmuşdu

XƏBƏRLƏR
  • Əslən Cəbrayıldan olan Azər əvvəlcə musiqiçi olacağına inanaraq bu istiqamətdə ali məktəbə də daxil olmuşdu. Ancaq zaman keçdikcə özündə hərbçi olmağa daha çox həvəsi olduğunu hiss elədi. Elə bu istəklə də təhsilini yarımçıq qoyub müddətdən artıq hərbi qulluqçu kimi yenidən Vətənə xidmətə başladı. Aprel və Tovuz döyüşlərindən təcrübəsi olan Azər Vətən müharibəsi başlayanda düşmənə qəlbindəki qisasla silaha sarıldı.

Bu gün Şanlı Vətən Müharibəsi qəhrəmanlarından olan şəhid Azər Haqverdi oğlu Süleymanovun doğum günüdür. O, 1982-ci il oktyabrın 26-da Sumqayıt şəhərində anadan olub. 1988-ci ildə 28 nömrəli tam orta məktəbdə birinci sinifə qədəm qoyub. 2000-ci ildə həqiqi hərbi xidmətə çağırılıb və Tərtərdə xidmət edib. Konservatoriyada iki illik musiqi təhsili alıb. Sonra təhsilini yarmçıq qoyaraq hərbçi olmağa qərar verib. 2011-ci ildən müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Aprel və Tovuz döyüşlərində iştirak edib. Aprel döyüşlərində göstərdiyi şücaətə görə “İgidliyə gərə”  medalı ilə təltif edilib.

Azər Süleymanov 2020-ci il sentyabrn 27-də başlanan 44 günlük Vətən müharibəsində Suqovuşan və Talış kəndi uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Oktyabrın 9-da ağır döyüşlərin birində  qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz böyük izdiham və ehtiramla 2020-ci il oktyabrın 12-də Ramana qəsəbəsində Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Azər Süleymanov ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, qəhrəman Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR