“Xalq qəzeti”nin məlumatına görə, “Apostrof-A” nəşriyyatının direktoru Akif Dənzizadə diqqətə çatdırıb ki, Abdulla Qurbani 200-dən çox kitabın, hərbi marş və vətənpərvərlik mahnılarının, opera, aratoriya, simfonik poema, librettolarının və dram əsərlərinin müəllifidir. General-mayorlar Altay Mehdiyev, Elçin Xəlilov, Vətən müharibəsi iştirakçıları polkovnik Elvin Əzizov, Rüfət Məmmədov, Elşad Əbilov və başqaları Qurbaninin əsərlərinin Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Hazırladı: Mina RƏŞİD