"Vətən səsi" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, postların qurulmasında məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. Həmin postlardan 5-i Azərbaycan tərəfi ilə birgə qurulub.
Qeyd olunur ki, sentyabrın 19-dan etibarən Qarabağın Əsgəran, Ağdərə, Xocavənd və Şuşa bölgələrində Rusiya sülhməramlılarının ümumilikdə 8 daimi və 16 müvəqqəti müşahidə məntəqəsi bağlanıb.
Elxan SALAHOV