2017-ci ildə hərbi sahəyə olan marağı onu Hərbi Polisə gətirib çıxarmışdır. Daha sonra 2020-ci ilin iyun ayında Ali hərbi məktəbə qəbul olan və Vətən müharibəsi başlananda könüllü olaraq ordumuzun sıralarına qatılan Anar Qorçuyev, öncə xidmətdə olduğu döyüş bölgəsində yeni gətirilən gənc əsgərlərin təlimi, döyüş hazırlığı ilə məşğul olmuşdur.
Xidməti zamanı irəlidə döyüş getdiyindən gənc əsgərlərə də ehtiyac duyulur və onların da aktiv döyüş istiqamətinə aparılma vəziyyəti yaranır. Leytenant Anar Qorçuyev qərara alır ki, öz bölüyü ilə döyüşə girsin. Hərbi hissədə ona bildirilir ki, sən getmə, sən gənc əsgərlərin təlimində lazımsan, özün də gənc, yeni gəlmiş zabitsən. Ancaq Anar Qorçuyevin israrlı təkid və xahişindən sonra ona döyüşə qatılmasına icazə verilir. Beləliklə, Anar Qorçuyev təlim keçdiyi əsgərlərlə Füzuli istiqamətində gedən döyüşlərə qatılır.
Döyüşdə bir çox qəhrəmanlıq göstərən Anar Qorçuyev oktyabr ayının 7-də həmin istiqamətdə şəhid olur. O, Sumqayıt şəhər “Şəhidlər xiabanı"nda dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, döyüş əməliyyatlarında şəxsi igidliy və şücaət nümayiş etdirdiyinə görə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Anar Qorçuyev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", " Füzulinin azad olunmasına görə " medalları ilə təltif edilib.
Anar Qorçuyev ailəli idi. Özündən sonra geriyə bir qız, bir oğul övladı yadigar qaldı. Anar istəyirdi ki, torpaqlarımız işğaldan azad olunsun, Qubadlıya bayraq sancsın övladları böyüyüb onunla fəxr etsin. Bütün tanıyanların sevimlisi olan Anar xatirəmizdə əbədi yaşayacaq.
Tahirə AĞAMİRZƏ