01.06.2025, 14:11
AZ EN
05.10.2023, 08:49 173

Şuşa sakinləri ilə növbəti səyyar qəbul keçirilib

XƏBƏRLƏR
  • Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Məcburi Köçkün Şəhərciyində yerləşən 7 saylı Şuşa şəhər tam orta məktəbin akt zalında şuşalı sakinlərnövbəti səyyar qəbul-görüş keçirib.

İcra başçısı görüşdə Prezident cənab İlham Əliyevin regionda və beynəlxalq  arenada apardığı uzaqgörən siyasət, eləcə də ölkəmizin iqtisadi inkişafına yönəlmiş böyük layihələr haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. “Böyük Qayıdış” planına əsasən əhalinin yaxın gələcəkdə öz doğma torpaqlarına köçürülməsi, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan Bayram Səfərov vətəndaşlara göstərilən sosial xidmətlər, sosial yönümlü Dövlət Proqramları, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən də söhbət açıb.  

Səyyar qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilmiş, digərlərinin həlli ilə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Şuşa rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər