19.10.2024, 12:41
AZ EN
29.09.2023, 13:23 292

Xankəndidən gələn ilk zəngin sevinci

XƏBƏRLƏR

“Xankəndi şəhərindən birinci zəng gəldi!!!

Bu, azad Xan kəndimizdən mənə gələn ilk zəngdir...

Böyük xoşbəxtlikdir!

Şuşanın azad olunmasından az sonra da telefonuma gələn ilk zəng barədə yazmışam vaxtilə (oxumayanlar üçün linki rəydə verirəm).

Ancaq Xankəndindən gələn zəngin sevincini tez bölüşmək üçün uzun yazmıram.

Bircə onu deyim ki, uzun illər bu zəngi, yaxud bu tipli nəyisə böyük intizarla gözləmişik.

Bütün arzular belə çin olsun!

Bütün gözlədiyimiz xəbərlər gəlsin!!

Bütün şəhidlərimizin ruhu daim şad olsun!!!

Sənə isə, əziz qardaşım, zənginə görə ilin ən böyük təşəkkürünü bildirirəm!

Çox sağ ol!!

Azad yurdlarımızın azad gülüstana çevrilməsində daim öndə ol!!!”

Qeyd edək ki, bu fikirlərlə Xankəndidən ona gələn ilk zəngin sevincini  şair, jurnalist Kərim Kərimli öz FB səhifəsində paylaşıb.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər