25.04.2025, 16:37
AZ EN
29.09.2023, 10:49 146

Qənirə Paşayeva ilə vida mərasimi keçirilib

XƏBƏRLƏR
  • Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilib.

Mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Q.Paşayeva səhhətində yaranan ciddi problemlərlə əlaqədar sentyabrın 23-də Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirilmişdi.

O, sentyabrın 28-də vəfat edib.

Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.

Xatırladaq ki, Qənirə Ələsgər qızı Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, professoru olub.

1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olub, 2012-2015-ci illərdə “Odlar Yurdu” Universitetinin Siyasi elmlər kafedrasına rəhbərlik edib.

Üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub, Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR