22.11.2024, 18:14
AZ EN
28.09.2023, 14:33 161

Azərbaycan torpağında heç bir terrorçuya heykəl qoyula bilməz...

XƏBƏRLƏR
  • Bu günlərdə ermənilərin “milli qəhrəmanı” və öndə gedən  terorçularından biri Monte Melkonyanın Xocavənddəki heykəli sökülüb. Bu, Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra reallaşıb. Bu isə birbaşa onu göstərir ki, heç bir terrorçuya  abidə qoyula bilməz. Xüsusən də Azərbaycan torpaqlarında. Dinc əhaliyə qarşı qətliamlar törətmiş, əli minlərlə insanın qanına bulaşmış, təkcə Azərbaycanda deyil, havadarları tərəfindən göndərildiyi bütün ölkələrdə dinc əhaliyə divan tutmuş və buna görə də  “medallarla” təlfif edilmiş və ermənilərin xalq qəhrəmanına çevrilmiş qatilin heykəlinin torpaqlarımızda qoyulması ancaq və ancaq faşist xislətindən irəli gələ bilər. Əslində Monte Melkonyan haqqında çoxlarımızın az da olsa məlumatı var.

Melkonyanın dəstəsi Birinci Qarabağ müharibəsində Kəlbəcərdə müasirəyə düşmüş dinc sakinlər, azərbaycanlılar üçün  təhlükəsiz dəhlizin açıldığını səsgücləndirici vasitəsilə onlara xəbər versələr də, sonradan onları pusquya salıb vəhşicəsinə qətlə yetirdilər. Bu da əsrlər boyu xalqımıza yaşadılan erməni vəhşiliklərindən biri idi...  

“ASALA” təşkilatının qatı cinayətkarlarından biri olan Melkonyanın etdiyi əməlləri yenidən xatırlamaqda fayda var.1957-ci ildə ABŞ-da doğulan Monte Melkonyan Yunanıstanda, Romada, Livanda və bir sıra ölkələrdə və ən nəhayət, Azərbaycanda günahsız insanların kütləvi qırğınlarında iştirak edən bir terorçudur. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı  Ermənistanın ön cəbhə dəstələrindən brinin komandiri olmuş, həmçinin Kəlbəcər, Ağdərə və Əsgəran rayonlarındakı döyüşlərdə aktiv iştirak etmişdir. Avo ləqəbli Melkonyan 1993-cü il iyun ayının 12-də Xocavənd rayonunun Muğanlı kəndində məhv edilmişdir. Ondan geriyə qalan “xatirə” isə bu heykəl idi. Azərbaycan ordusu ilə döyüşməyə cürəti çatmayan  terrorçu digər terrordaşları kimi qisasını dinc əhalidən alırdı.  Belə ki, “Aramo”, “Arabo” və Monte Melkonyanın muzdluları 1992-ci il fevral ayının 17-də Xankəndində mühüm strateji əhəmiyəti olan Qaradağlı kəndini işğal edib, 9 gün sonra isə Xocalının günahsız əhalisinə qarşı genosid törətmişdilər. Bu soyqırımı aktını Monte Melkonyan, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və sabiq müdafiə naziri Seyhan Ohanyan və digər erməni baş kəsənləri başçılıq ediblər. Onlar dinc insanlara qarşı döyüşüblər. Əsas məqsədləri etnik təmizləmə olan bu qansızların bir prinsipləri var idi: Qarabağda min illərdi yaşayan azərbaycanlıları öz torpağından didərgin salmaq, müxtəlif ölkələrdə yaşayan erməniləri bu əraziyə köçürmək. Heç zaman  onların olmayan torpaqlarda bir dəfəlik məskunlaşmaq və bu yerləri özlərininki kimi dünyaya təqdim etmək.

Hələ 1990-cı ildə Melkonyan müsahibələrindən birində demişdi: “Biz  “artasx”ı itirsək, tariximizin son səhifəsini bağlayacağıq”. Əmiliklə deyə bilərik ki, o, ürəyinin dərinliyində bilirdi ki, “ad” qoyduqları Azərbaycan torpaqları nə vaxtsa geri, öz həqiqi sahiblərinə qayıdacaq. Onu və onun  kimilərini qorxudan bu idi.  Lakin nə Melkonyan, nə də monte kimiləri məqsədlərinə çatmadılar. Onların 30 il ərzində  uydurduqları məğlubedilməz erməni ordusu mifi Azərbaycanın rəşadətli Ordusu tərəfindən cəmi 44 günə darmadağın edildi. Vətən müharibəsində də erməni xislətlərinə uyğun olaraq dic sakinlərimizə qarşı terror törətməkdə davam etdilər. Bərdə, Tərtər, Gəncəyə və digər yerlərə atılan raketlər onlarla dinc sakinlərin ölümünə səbəb oldu.  Ordumuz isə bunun cavabını döyüş meydanlarında  verdi. Çünki biz dinc sakinlərlə müharibə aparmırıq. Prezidenti İlham Əliyevin Vətən müharibəsi dövründə xarici Kütləvi İnformasiya Vasitələrinə verdiyi müsahibələrində və çıxışlarında, o cümlədən sonrakı dövrlərdə xalqa müraciətlərində bununla bağlı Azərbaycanın mövqeyni aydın şəkildə beynəlxalq ictimaiyyətə çatdırıb: “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur. Ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq. Bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında,  şəhərlərimizin, kəndlərimzin dağıdılmasında qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham eləmişik və onları biz məsuliyyətə cəlb edirik və edəcəyik”.

Məhz bu il sentyabrın 19-da Qarabağdakı separatçıların məhv edilməsi məqsədilə başladılan antiterror tərdbirləri zamanı da legitim hərbi obyektlər hədəfə alındı və yüksək dəqiqliklə məhv edildi. 24 saatdan az bir müddətdə keçirilən effektiv tədbirlər nəticəsində Xankəndindəki oyuncaq hökumət qarşımızda diz çökməyə məcbur oldu. Bundan sonrakı proseslərdə də Azərbaycan bir daha illərlə həyata keçirdiyi humanist addımlarını davam etdirdi. Hələ antiterror tədbirlərindən öncə Qarabağdakı sakinlərə humanitar yardımlar göndərilirdi. Bu gün də dövlətimiz humanist prinsiplərindən irəli gələrək erməni sakinlərə ərzaq, tibbi yardım, yanacaq və digər yardımlar edir. Erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli işlər görür. Ölkəmiz həm də ümid edir ki, Qarabağ erməniləri xalqımızın bu səmimiyyətindən sui-istifadə etməyəcək.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər