22.09.2024, 05:37
AZ EN
25.09.2023, 09:00 283

“Rəşadət” ordenli kapitan

XƏBƏRLƏR
  • Bu gün Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsinin şəhidi Zülfüqar İsmi oğlu Qubadovun doğum günüdür. O, 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman кəndində anadan olub.

1982-1992-ci illərdə Dilman кənd tam orta məкtəbində təhsil alıb. 1992-1995-ci illərdə Ali Birləşmiş Komandanlıq Məкtəbinə (BABKM) ali hərbi təhsil alıb. Zülfüqar Qubadov 1995-1999-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 1999-2008-ci illərdə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarından ehtiyata buraxılıb.
Azərbaycan Ordusunun kapitanı olan Zülfüqar Qubadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zülfüqar Qubadov oktyabrın 13-də Suqovuşan döyüşləri zamanı şəhadətə ucalıb. Şəhidimiz doğma Ağsuda böyük izdihamla torpağa tapşırılıb.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Zülfüqar Qubadov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Suqovuşan fatehlərindən biri Zülfüqar Qubadov ehtiyatda olan zabit kimi döyüşlərin başlamasını sevinclə qarşılayıb. “Ailəm Vətənə əmanət, Vətəni qorunmaq mənə əmanət”, - deyib döyüşə yollanıb.

Zülfüqar Qubadov 1995-ci ildən Murovdağ silsiləsində 4 ilə yaxın, daha sonra uzun illər Tovuz, Şəmkirdə xidmət keçib. Hərbçi həyatı məlumdur: ailəsi ilə bir rayondan o birinə köçüb, uzun illər beləcə həyat sürüb, özünə ev-eşik edə bilməyib, təqaüdə çıxandan sonra isə Müşfiq qəsəbəsində kirayə evdə yaşamağa başlayıb.

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, Şəhidim!

Mina RƏŞİD

Oxşar xəbərlər