20.09.2024, 00:05
AZ EN
09.09.2023, 15:30 62

Arzusuna çatan əsgər

XƏBƏRLƏR

Hamı kimi o, da Vətən torpağını azad görmək istəyirdi. Nəhayət, zaman yetişdi torpaqlarımızın işğaldan azad olunmasında onun da öz payı oldu. Asim Ramiz oğlu Əliyev 1 aprel 1996-cı ildə Naxçıvan MR, Şərur rayonunun Düzəngə kəndində anadan olmuşdur. O, orta təhsilini Sərxanlı kənd tam orta məktəbində almışdır. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət etmişdir. Tərxis olunan Asim MAHHXHQ kimi hərbi xidmətini davam etdirmişdir. O, Vətən müharibəsindən Füzuli, Xocavənd, Şuşa istiqamətində döyüşmüşdür. Bu döyüşlərin birində Şuşa rayonu, Daşaltı kəndində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Asim Əliyev "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir, Azərbaycan Respublikası Müdafiə Nazirliyində işləyir.

İsa Musayev

Oxşar xəbərlər

SON XƏBƏRLƏR