02.08.2025, 12:20
AZ EN
30.08.2023, 09:49 299

Fransa TIR-ları Laçın yoluna doğru hərəkətə başladı

XƏBƏRLƏR
  • Fransadan Qarabağda yaşayan erməni əsilli sakinlər üçün göndərilən yüklü avtomobillər bu gün səhər İrəvandan Laçın yoluna doğru hərəkətə başlayıb.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. “Joğovurd” qəzetinin yaydığı məlumatda bildirilib avtomobil karvanı Xankəndiyə yola salınmaq üçün Zəngəzurdakı Kornidzor keçid məntəqəsində dayanacaq.

Ermənistan mətbuatı hələ bir neçə gün əvvəl Paris meri Ann İdalqo da yardım karvanını müşayiət edəcəyini və bunun üçün Laçın yoluna gedəcəyini bildirmişdi.

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng etmişdi. Dövlətimizin başçısı bu məsələ ilə bağlı Azərbaycan qəti mövqeyini bir daha fransalı həmkarının diqqətinə çatdırıb: “Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər”.

Prezident İlham Əliyev Azərbaycan hökumətinin Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və ölkənin digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını vurğulayıb.

Elxan SALAHOV

Oxşar xəbərlər