20.09.2024, 00:21
AZ EN
26.08.2023, 09:00 261

Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı rayon sakinləri ilə növbəti səyyar qəbul keçirib

XƏBƏRLƏR
  • Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu 25 avqust 2023-cü il tarixdə Şirvan şəhəri ərazisində keçmiş məcburi köçkünlər üçün inşa olunmuş 685 mənzilli şəhərcikdə Mənzil İstismar departament idarəsinin binasında keçirilmişdir.

Qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.

Əvvəlcə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov və Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov birlikdə keçmiş məcburi köçkünlərin problemlərini dinlədilər və onların həlli üçün aidiyyəti orqanlara müvafiq tapşırıqlar verdilər.

Daha sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov vətəndaşları qəbul etdi.

Qəbulda sakinlər tərəfindən qaldırılan 18 məsələdən 4-ü yerində həll olunmuş, 6-ı baxılması üçün nəzarətə götürülmüşdür. 8 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilmişdir. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilmişdir.

Qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR