01.06.2025, 09:06
AZ EN
24.08.2023, 14:37 317

“Füzulilərin Böyük Qayıdış sevinci Ulu öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı dəyirmi masa keçirildi

XƏBƏRLƏR
  • Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə RİH-nin inzibati binasında “Füzulilərin Böyük Qayıdış sevinci Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsidir” adlı dəyirmi masa keçirildi.

Tədbirdə RİH başçısı Alı Alıyev, ziyalılar, şəhid ailələri, qazilər və veteranlar iştirak etdilər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra icra başçısı çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərdə Ulu öndər Heydər Əliyev siyasətinin danılmaz olduğundan və bu Zəfər nəticəsində torpaq həsrətinə son qoyulmuş füzulilərin Böyük Qayıdış sevincindən bəhs etdi. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın füzulilərə göstərdikləri diqqət və qayğısından söz açan Alı Alıyev ölkə başçısının Füzuli rayonuna növbəti səfərinin bu diqqət və qayğının daha bir nümunəsi olduğunu, füzulilərin yaddaşına möhtəşəm bir gün olaraq həkk olunduğunu diqqətə çatdırdı. İcra başçısı torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə isə şəfa dilədi.

Daha sonra Birinci Qarabağ müharibəsi veteranı Ədalət Sərkərov, əməkdar müəllim Ülkər Hüseynova və E. Piriyev adına Böyük Bəhmənli kənd tam orta məktəbinin direktoru Solmaz Qənimətli çıxış etdilər. Sonda “Prezident-xalq sevgisi” adlı videoçarx nümayiş olundu.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər