Alı Alıyev bildirib ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Füzuli rayonunun bütün yaşayış məntəqələrində, eləcə də ölkənin digər şəhər və rayonlarında müvəqqəti məskunlaşıb yaşayan sakinlərlə mütamadi səyyar görüşlər keçirilir.
Səyyar qəbulda Füzuli rayonunun müxtəlif yaşayış məntəqələrində qeydiyyatda olan vətəndaşların müraciətləri dinlənildi. İcra başçısı vətandaşların müraciətləri ilə bağlı onlara qanunamüvafiq izahatlar verdi və aidiyəti qurumlara ciddi tapşırıqlar verdi.
Mina RƏŞİD