Qeyd edək ki, şəhid ailələri, qazilər və müharibə iştirakçıları növbədənkənar qəbul edilib.
Müraciətlər əsasən yaşayış sahəsi ilə bağlı vahid aylıq müavinətin dayandırılması, qeydiyyat məsələləri, Zəngilan rayonuna səfər etmək və mənzil məsələsi ilə bağlı olub.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə hər bir vətəndaşın müraciəti qeydiyyata alınaraq onların problemlərinin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Sonda rayon sakinləri onların problemlərinin öyrənilməsi və həll edilməsi məqsədi ilə yerlərdə təşkil olunan səyyar qəbullara, göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Mina RƏŞİD