22.11.2024, 18:13
AZ EN
14.08.2023, 15:17 286

Ermənilərin Bakıya inteqrasiyasının ASAN yolu

XƏBƏRLƏR
  • “Laçın” sərhəd-buraxılış məntəqəsində səyyar ASAN xidmət qurulsa və Azərbaycan vətəndaşı olmaq istəməyən ermənilərə 3 dəfə 3 aylıq oturum izni verilsə...

Siyasi ekspert Nazim Cəfərsoy Qarabağda yaşayan erməni sakinlərin Azərbaycana inteqrasiyası ilə bağlı maraqlı təklif irəli sürüb.

“Vətən səsi” xəbər verir ki, o, səyyar ASAN xidməti vasitəsilə Qarabağdakı ermənilərə 3 dəfə 3 aylıq oturum iznin verilməsi bu məsələnin həllinə kömək edə bilər: “Səyyar ASAN xidmət məntəqələrindən birini aparıb “Laçın” sərhəd-buraxılış məntəqəsinin yanına qoymaq lazımdır”.

Nazim Cəfərsoy hesab edir ki, rəsmi Bakının Qarabağda yaşayan ermənilərin hüquqi inteqrasiyası üçün tədbirlər planı çərçivəsində ilk addımlarından biri bu ola bilər: “Ermənistandan buraxılış məntəqəsini keçərək ölkəyə qayıdan və ya ölkədən çıxan bütün Qarabağ ermənilərinə Azərbaycan vətəndaşlığı təklif edilməlidir. Qanuni şərtlərə uyğun olan və qəbul edənlərə vətəndaşlıq verilməlidir. Qəbul etməyənlərə isə Azərbaycan miqrasiya qanunvericiliyinə uyğun olaraq şərtli olaraq 3 aylıq müvəqqəti oturma izni verilməlidir. Bu 3 aylıq müvəqqəti oturum icazəsinin ən çox 3 dəfə veriləcəyi elan edilməlidir”.

Ekspert vurğulayır ki, bundan sonra vətəndaşlıq istəməyən yerli ermənilərə miqrasiya kartı verilməyəcəyi, Azərbaycan ərazisində qanunsuz olanların dövlətin güc orqanları tərəfindən beynəlxalq və yerli miqrasiya qanunvericiliyinə uyğun olaraq ölkədən çıxarılacağı elan edilməlidir: “Bu şərtlər o ermənilərlə beynəlxalq qanunvericiliyə də uyğun sənədlərlə rəsmiləşdirilməlidir. Şərtləri rəsmi olaraq qəbul etməyən ermənilər ölkəyə buraxılmamalidir”

Ekspert hesab edir ki, vətəndaşlığı qəbul edənlərin kimliyi onların təhlükəsizliyi məqsədilə gizli saxlanılmalıdır. Müəyyən müddətdən sonra isə Azərbaycan öz vətəndaşlarını Qarabağdakı cinayətkar dəstənin əlindən xilas etmək məqsədilə humanitar əməliyyat keçirməlidir”.

Elxan SALAHOV

Oxşar xəbərlər