Qeyd edək ki, bu barədə jurnalist Şakir Eminbəyli özünün şəxsi "Facebook" hesablarından paylaşım edib.
Ötən gün sözügedən şəhərə yollanan mütəxəssis bir sıra məkanlarda olub. O, Cıdır düzü, İsa bulağı, Gövhərağa Məscidini ziyarət edib.
Qurban Qurbanov separatçı rejimi dəstəkləyən erməni futbolçu Henrik Mxitaryanın vaxtilə Şuşada yaşadığı villasında olub. Oradan durbinlə Xankəndini də seyr edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ