Bunu Laçın sakini Nağıyev Aqil deyib.
Onun sözlərinə görə, 1992-ci ildə mənfur ermənilərin hücumu nəticəsində 22 yaşında Laçından çıxıb. Qardaşı Nağıyev Cavanşir 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.
Laçın sakini deyib ki, Laçın həsrəti, Həkəri həsrəti uzun illər oraya qayıtmaq hissini daha da gücləndirib. Laçına dönmək, orada yaşamaq bizim borcumuzdur. Biz torpaqlarımızı igidlərimizin, qəhrəmanlarımızı canı bahasına azad etmişik.
"Allah Prezidentimizə, rəhbərliyimizə möhkəm güc və can sağlığı versin. Şəhidlərimiz ruhu qarşısında diz çöküb baş əyirəm. Allah qazilərimizə can sağlığı versin", - deyə o qeyd edib. (Trend)