07.07.2025, 01:58
AZ EN
02.08.2023, 08:45 352

Laçınlı məcburi köçkünlərin səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü - səyyar qəbulu Kürdəmir rayonunda keçirilib.

İcra başçısı ilk öncə səyyar qəbulda çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan qələbədən, qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işlərindən, ölkə rəhbərinin doğma torpaqlara mütəmadi səfərlərindən və böyük qayıdışdan söhbət açıb.

Rayon rəhbəri çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan danışıb.

Qəbulda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib, həmin məsələlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Səyyar qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Sakinlər doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər