- Bu gün Sabirabad rayonunda Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilmişdir. Sabirabad şəhərində Peşə Liseyinin binasında keçirilən, 32 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda müraciətlər dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.
Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, eyni zamanda aidiyyəti üzrə nümayəndəliyin əməkdaşları iştirak etmişlər.
Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.
Hazırladı: Sevda Süleymanova