25.04.2025, 01:33
AZ EN
01.06.2022, 11:20 391

1 İYUN UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜDÜR

XƏBƏRLƏR
  • Dünyada körpə qığıltısından, uşaq təbəssümündən gözəl nə var, görəsən? Uşaqlar bizim sevincimizdir, həyatımızın mənasıdır. Bəli, bu gün onların günüdür - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Gəlin bu günün tarixinə nəzər salaq. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Belə ki, həmin gün “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilib və 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Azərbaycanda da, uşaq hüquqları qanuni əsaslarla qorunur. Bununla belə  Qarabağ münaqişəsi, Birinci və İkinci Vətən müharibələri uşaqların da həyatında öz mənfi izlərini qoyub. Bu müharibələrdə yüzlərlə azərbaycanlı uşaq qətlə yetirilib və yaralanıb. Onlarla uşaq iki və ya bir valideynini itirib. 

Məcburi köçkünlərə, o cümlədən uşaqlara qayğı dövlətimizin həmişə diqqətində olub. Ulu Öndər Heydər Əliyevin uşaqların əhatəsində təbəssümlü çöhrəsi bu gün də, yaddaşlardan silinməyib. Bu təbəssüm sadəcə şəkillərdə əks olunmayıb, balaca fidanların qəlbində də böyüyüb.

Bu gün də, dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər bir sahədə uşaqların qayğısına qalır və onların həyat şəraitinin gündən-günə daha da yaxşılaşması üçün geniş tədbirlər planı həyata keçirirlər. Belə ki, cənab İlham Əliyev uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. 2009-cu il isə “Uşaq ili” elan edilib.

Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi, uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.

Mina RƏŞİD     

Oxşar xəbərlər