01.05.2024, 00:44
AZ EN
28.07.2023, 09:43 254

Laçın mənim ana qucağım, ata nəfəsimdir

XƏBƏRLƏR
  • Laçına qayıtmaq hissini sözlə ifadə etmək çətindir. Hazırda hər şey mənə yuxu kimi gəlir, inana bilmirəm ki, artıq doğma yurduma qayıdıram. Laçın mənim ana qucağım, ata nəfəsimdir.

Bu sözləri Laçın sakini Rəhilə Kərimova deyib.

R.Kərimova qeyd edib ki, yurda, elə, obaya qayıtmaqdan gözəl hiss ola bilməz: “Anamın 98 yaşı var. 31 il idi Laçın həsrəti ilə yaşayırdı və nəhayət bu gün şükürlər olsun ki, doğma yurda qayıdır. Bizim orada yaşamağımız üçün gözəl şərait yaradılıb. Mənim ən böyük arzum evimizin eyvanından Laçına baxmaq idi. Artıq ölsəm də dərdim olmaz”. (AZƏRTAC)

Oxşar xəbərlər