Bu sözləri bu gün Laçına yola salınan rayon sakini İsayev Famil deyib.
O qeyd edib ki, hazırda ölkəmiz güclü Orduya malikdir və bunun sayəsində doğma Qarabağımız düşmən tapdağından azad edilib: “Birinci Qarabağ müharibəsində təchizatın zəif olması, vahid komandanlığın olmaması bizim məğlub olmamıza səbəb olmuşdu. İkinci Qarabağ müharibəsində isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Zəfər qazandı. Bu zəfər sayəsində bu gün doğma torpaqlara qayıdırıq. Mən Laçında ilk olaraq torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş dostlarımın məzarını ziyarət edəcəyəm”. (AZƏRTAC)