25.04.2025, 16:37
AZ EN
21.06.2023, 15:22 392

Ermənilərə divan tutan Azərbaycanın şəhid polisi

XƏBƏRLƏR
  • O, ermənilərə divan tutan polis idi. Hətta Ermənistan televiziyaları bu Azərbaycanlı polisin aradan götürülməsinin vacibliyini qeyd edirdi...

Qarabağ uğrunda şəhid olan polis serjantı Vəliyev Əli İmran oğlu 1962-ci ildə Ağdamda dünyaya gəlib. Gəncə Politexnik Texnikumunda Avtomobil Nəqliyyatının İstismarı fakültəsini bitirib. O, Xocalı rayon polis  şöbəsində  Yol Patrol Xidmətində inspektor vəzifəsini icra edib. Bu, o zaman idi ki, Dağlıq Qarabağda ermənilərin hücumları fəallaşmışdı. Əli Vəliyev də polis müfəttişi kimi yollarda düşmən pusqularının təmizlənməsi ilə məşğul idi. O, Ağdam-Xocalı yolunda dəfələrlə düşmən təxribatının qarşısını alır. Ermənilər Əlini aradan götürmək üçün hərəkətə keçirlər. 1991-ci ilin sentyabrında Ermənistan dövlət televiziyasında Əli adlı polisin aradan götürülməsinin vacibliyi qeyd edilir.  1991-ci il sentyabrın 25-də Xocalıdan Bərdəyə sərnişin daşıyan avtobus Əsgəranda ermənilər tərəfindən atəşə tutulur. Əli Vəliyevin ermənilərin “Sarı BTR” adlandırdığı “Juqili”si hadisə yerinə gəlir. Avtobusun yandırılmasının qarşısını alır və erməniləri qovur. Bu zaman ermənilərin arasında Ağdamda yaşamış erməni əsili Ararat adlı tanışını görür və onunla mübahisə edir. Əli Vəliyev öz avtomobili ilə yaralıları xəstəxanaya daşıyır. Növbəti gün ermənilər Əlini aradan götürmək üçün plan hazırlayırlar. Sentyabrın 26-da Əli Vəliyev Ağdamdan Xocalıya yola düşür. Həmin gün Ağdam-Xocalı yolu bağlı olsa da, Əlinin avtomobilini heç bir sorğu-sual olmadan Əsgərana buraxırlar. Əsgəran qalasında ermənilər avtomobilə atəş açmağa başlayır. Əli Vəliyevlə birlikdə Natiq Əhmədov da qətlə yetirilir. Natiq Əhmədova 1, Əli Vəliyevə  isə 50-dən çox güllə dəyir və o şəhid olur.

Əli Vəliyev  şəhid olanda ailəli idi və iki az yaşlı övladı var idi.

1997-ci ildə Əli Vəliyev “İgidliyə görə” medalı ilə təltif olunur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR