Növbəti görüş Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə keçirilib.
Belə görüşlərin əsas məqsədi ərazilərin tarixi, mədəni irsi və sosial dəyərləri, digər xüsusiyyətləri barədə ətraflı məlumat toplamaq və yaşayış yerlərinin yeni konsepsiyasını sakinlərə təqdim etməkdir.
Qubadlı rayonunun Mahruzlu kəndinin nümayəndələri ilə keçirilən görüşdə kənd sakinlərinə layihələndirilən ərazi barədə ətraflı məlumat təqdim olunmuş və onları maraqlandıran suallar cavablandırılıb. Bundan başqa, sakinlərin öz kəndləri barədə istək və təklifləri dinlənilib, onlarla fikir mübadiləsi aparılıb. (AZƏRTAC)