Məhsəti Şərif Özyürək yazır:
Bəzən mənə “evinizi, Ağdamı xatırlayırsanmı” sualını verirlər. Bu suala nə cavab verim, bilmirəm. Mən viran qalan Ağdamımın hər küncünü xatırlayıram. “Üzümçülər evi”ni, “Raykom”unu, “Çay evi”ni, “Dostluq” kinoteatırını, hətta evimizin tam qarşısında olan Klava xalanın bizə 20 qəpiyə satdıgı “cırtdan” saqqızını da... Məhəlləmizin Udanını, (Ulduzə, dəli oldugu üçün nədənsə ona Udan deyirdilər) “peşmək” satan xalasını, süd satan dayısını xatırlayıram...
30 il sonra getdim, xatirələrim yerlə-yeksan oldu. Ruhum agrıdı. Bütün xatirələrindən sadəcə dağılmış evimizin içində sarı ləyənimiz idi. Uşaqlığımı, gəncliyimi o sarı ləyənin içinə 'yıgıb" gətirəcəkdim. Ama uçuq evimizin içinə girə bilmədim. Mina ola bilərmiş, - dedilər və izin vermədilər. Agdamı belə görmək ağır idi. Amma görməmək daha ağır olardı..Uçuq, dağılmış viranına qurban Ağdam..Seni abad görməyə ömür vəfa edərmi bilmirəm. Amma içimdəki o sızıltı hüzünlə ve sevinçlə dolub... Şükür varsan, bizimsən, Ağdam!
Hazırladı: Tahirə AĞAMİRZƏ