22.12.2024, 12:40
AZ EN
22.07.2023, 17:28 158

Kənan Quluzadə: İstisuyun bərpası və turistlərin Kəlbəcərə cəlb olunması gündəmdə duran məsələlərdəndir

XƏBƏRLƏR
  • Kəlbəcərdə turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub.

Bu barədə Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə jurnalistlərə açıqlamasında deyib.

K.Quluzadənin sözlərinə görə Qarabağın turizm potensialı dünyaya çatdırılmalıdır: “Qarabağın turizm potensialı nəzərə alınaraq, Dövlət Turizm Agentliyi tərəfindən bir neçə istiqamətdə turistik layihələrə başlanılıb. Destinasiyalardan biri Kəlbəcərdi. Burada turizm və rekreasiya zonalarının yaradılması nəzərdə tutulub. İstisuyun bərpası və turistlərin bura cəlb olunması da gündəmdə olan məsələdir”. (Trend)

Oxşar xəbərlər