19.10.2024, 14:17
AZ EN
06.03.2024, 16:21 196

Cəbrayıl və Zəngilanda bərpa işlərinə Bakı Dövlət Layihə İnstitutu nəzarət edəcək

XƏBƏRLƏR

İşğaldan azad edilmiş Şərqi Zəngəzur zonasında daha üç kəndin yenidən qurulmasının layihələndirilməsi ilə bağlı keçirilən tenderin nəticələri açıqlanıb. Söhbət Cəbrayıl rayonunun Horovlu və  Zəngilanın Cahangirbəyli kəndlərindən gedir.

"Vətən səsi" xəbər verir ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi tenderin  qalibi Bakı Dövlət Layihə İnstitutu olub. Tender şərtlərinə əsasən, Cəbrayıl rayonunun Horovlu və Zəngilanın Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində kəmin kəndlərin ümumi şaquli planlaşdırılması üzrə torpaq işləri üzrə layihələndirmə Bakı Dövlət Layihə İnstitutuna həvalə edilib. Eyni zamanda tenderin qalib olan bu qurum Horovlu kəndində  2,3,4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinə nəzarəti öz üzərinə götürüb.

Bu öhdəliklərin yerinə yetirilməsi üçün Bakı Dövlət Layihə İnstitutu ilə ümumi dəyəri 113 min 842 manat olan müqavilə imzalanıb.

Elxan SALAHOV

Oxşar xəbərlər