Vətəni canından artıq sevənlərə Vətən oğul deyir. Bu mənada Kamil Adduxan oğlu Dövlətov da Vətənin sədaqətli oğludur. O, 10 may 2002-ci ildə Lerik rayonunun Soru kəndində anadan olmuşdur. Lakin orta təhsilini Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 217 saylı tam orta məktəbdə almışdır. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət keçmişdir. Vətən müharibəsində Şuşa, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Füzuli istiqamətində döyüş yolu keçmişdir. Bir əsgər kimi öz döyüş borcunu ləyaqətlə yerinə yetirən K.Dövlətov Xocavənd uğrundakı döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə o "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Qazimiz III dərəcəli əlildir.
İsa Musayev