“Vətən səsi” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilir ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6 faiz və ya 551 ton, süd istehsalı isə 5,2 faiz və ya 3 582 ton artıb.
Bu statistika həm də Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonasına daxil olan rayonlar arasında hansının heyvandarlıqda daha üstün paya malik olduğunu müəyyən etməyə imkan verir. Həmin hesablamalara əsasən, hazırda bu rayonlar arasında ilk üçlüyə Ağdam, Füzuli və Kəlbəcər daxildir. Bu isə o deməkdir ki, həmin rayonlarda heyvandarlıqla məşğul olanların sayı digərlərindən daha çoxdur.
Qeyd edək ki, ən çox ət və süd Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Ağdamda 2 549 ton ət, 22 458 ton isə süd istehsal olunub.
Rayonlar |
Ət istehsalı (ton) |
Süd istehsalı (ton) |
Ağdam |
2 549 |
22 458 |
Füzuli |
1 509 |
14 679 |
Xocalı |
117 |
875 |
Xocavənd |
684 |
1 941 |
Şuşa |
199 |
1 243 |
Cəbrayıl |
1 085 |
4 573 |
Kəlbəcər |
1 951 |
13 366 |
Qubadlı |
115 |
605 |
Laçın |
1 419 |
12 069 |
Zəngilan |
69 |
282 |
CƏMİ: |
9 697 |
72 091 |
Elxan SALAHOV