23.11.2024, 01:38
AZ EN
26.10.2023, 09:56 299

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantnın verilməsi Qaydası və məbləği təsdiqlənib

XƏBƏRLƏR
  • “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi Qaydası və həmin Təhsil Qrantının məbləği təsdiq edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respub- likasının Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.

Bu Qayda “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli 3956 nömrəli Sərəncamının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında, bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura (rezidentura), doktorantura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına aşağıdakı ölkələrin vətəndaşlarının təhsilinin təşkili məqsədilə təhsil qrantının verilməsi qaydasını müəyyən edir:

- İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin;

- Qoşulmama Hərəkatına üzv ölkələrin;

- İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin;

- xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” (bundan sonra - Təhsil Qrantı) Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş şəxslərə verilmir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 8 iyul tarixli 3956 nömrəli Sərəncamının 1-ci hissəsi ilə təsis edilmiş Təhsil Qrantı proqramında Təhsil Qrantının verilməsi üçün kvotaları (o cümlədən ölkələr üzrə kvotaları), namizədlərin seçim meyarlarını və bunların əsasında Təhsil Qrantı alacaq şəxslərin siyahısını hər il may ayının 1-dən gec olmayaraq növbəti tədris ili üçün müəyyən edir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qaydanın 1.3-cü bəndinə uyğun olaraq müəyyənləşdirilmiş siyahı üzrə proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan Respub- likasının ali təhsil müəssisələrini, eləcə də ixtisasları müəyyən edir və onlara Təhsil Qrantı ilə əhatə olunan xərclərin müvafiq ali təhsil müəssisələri tərəfindən ödənilməsini təmin edir.

Təhsil Qrantı Azərbaycan Respublikasının hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına Azərbaycan Respubli- kasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın məbləği”nə uyğun olaraq həmin ali təhsil müəssisəsi vasitəsilə həyata keçirilir. Təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat xərcləri aiddir. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycan Respublikasına gəliş və tədris ilinin sonunda gediş) Azərbaycan Respublikasına gəlişi və gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir. Aylıq təqaüd xərcləri proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və kommunal xərclərini əhatə edir. Bu xərclər proqram iştirakçısı Azərbaycan Respublikasına daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüdlər Azərbaycan Respublikasında ali təhsil pilləsinin təhsil səviyyələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”nin 1.5-ci bəndi ilə müəyyənləşdirilmiş normativ müddətə uyğun olaraq, eləcə də hazırlıq kursları üzrə bu Qaydanın 3.2.3-cü yarımbəndində göstərilən hallar istisna olmaqla, hər tədris ili ən çoxu 10 (on) ay olmaqla ödənilir. Tibbi yardım xərclərinə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın məbləği”nə uyğun olaraq proqram iştirakçısına Azərbaycan Respublikasında təhsil aldığı müddətdə göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir. Viza və qeydiyyat xərclərinə proqram iştirakçısının Azərbaycan Respublikasına giriş vizasının alınması, eləcə də proqram iştirakçısının Azərbaycan Respublikasında müvəqqəti yaşama icazəsinin alınması xərcləri aiddir.

Hər bir proqram iştirakçısı proqram çərçivəsində nəzərdə tutulan xərclər və onların ödənilməsi proseduru barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və ali təhsil müəssisələri tərəfindən məlumatlandırılır. Ali təhsil müəssisəsi ilə proqram iştirakçısı arasında bu Qaydanın tələblərinə uyğun şəkildə xərclərin ödənilməsi şərtlərini, eləcə də tərəflərin digər məsuliyyət və öhdəliklərini özündə əks etdirən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formaya uyğun müqavilə imzalanır. Proqram iştirakçılarının xərclərinin maliyyələşdirilməsi il ərzində müvafiq ali təhsil müəssisələrinin sifarişləri əsasında vəsaitin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən həmin ali təhsil müəssisələrinə köçürülməsi yolu ilə həyata keçirilir. Proqram iştirakçılarının xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

- hər il üçün təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi ali təhsil müəssisəsinin təqdim etdiyi sifarişlər əsasında ildə 2 (iki) dəfə olmaqla, hər bir semestrin əvvəlində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin hesabına köçürülmə yolu ilə həyata keçirilir;

- proqram iştirakçılarının beynəlxalq nəqliyyat, viza və qeydiyyat xərcləri təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında hesablanmaqla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə göndərilən sifarişə uyğun olaraq ayrılan vəsait hesabına ali təhsil müəssisəsi tərəfindən ödənilir. Beynəlxalq nəqliyyat, viza və qeydiyyat xərcləri proqram iştirakçısı tərəfindən ödənildiyi halda, həmin vəsaiti müvafiq təsdiqedici sənədlər əsasında ali təhsil müəssisəsi proqram iştirakçısının yerli bankdakı milli valyuta hesabına ödəyir. Əgər beynəlxalq nəqliyyat və viza xərcləri ödəniş edilməli tarixdən əvvəl proqram iştirakçısı tərəfindən xarici valyuta ilə ödənilmişdirsə, onda beynəlxalq nəqliyyat və viza xərcləri ona ödənişin rəsmiləşdirilməsi tarixinə olan rəsmi məzənnə əsasında manatla ödənilir. Proqram iştirakçısı üçün təyyarə biletinin ali təhsil müəssisəsi tərəfindən sifarişi və ödənilməsi proqram iştirakçısının ali təhsil müəssisəsinə göndərdiyi sorğu (elektron poçt və ya digər formada) və təqdim etdiyi pasportun surəti əsasında ali təhsil müəssisəsi tərəfindən aparılır;

- Qeyd olunan proqram iştirakçısının aylıq təqaüdü ali təhsil müəssisəsi tərəfindən hər ay onun yerli bankdakı milli valyuta hesabına köçürülür. Proqram iştirakçıları tədris ilinin sonunda fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində öz ölkələrinə gedə bilmədikdə və onların hər hansı maliyyə mənbəyi olmadıqda, bu zaman sözügedən fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri aradan qalxana və proqram iştirakçıları öz ölkələrinə gedənə qədər müvafiq ali təhsil müəssisəsinin vəsatəti və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin rəyi əsasında onlara aylıq təqaüd, məzun olan şəxslərə münasibətdə isə 3 (üç) aydan çox olmamaqla aylıq təqaüd ödənilir;

- proqram iştirakçısı üçün Azərbaycan Respublikasında təhsil aldığı müddətdə nəzərdə tutulan tibbi yardımla bağlı xərcin ödənilməsini müvafiq ali təhsil müəssisəsinin sifarişi əsasında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ayrılan vəsait hesabına həmin ali təhsil müəssisəsi təşkil edir. Proqram iştirakçılarının tibbi yardımla bağlı xərcləri Azərbaycan Respub- likasında təhsil aldıqları müddətdə proqram iştirakçılarını müqavilə əsasında müəyyən olunmuş qaydada tibbi xidmətlə təmin edən sığortaçı tərəfindən təqdim edilən, eləcə də digər təsdiqedici sənədlər əsasında ödənilir.

Müvafiq ali təhsil müəssisəsi hər semestrin sonunda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həmin semestrdə fənlər üzrə proqram iştirakçılarının aldıqları yekun qiymətlərin hesabatlarını təqdim etməlidir. Proqram iştirakçılarının təqdim edilən hesabatda əks olunan fənlər (bir və ya daha çox) üzrə göstəriciləri təhsil aldığı müddətdə iki dəfədən çox olmamaqla 51 baldan aşağı olduğu təqdirdə, bu akademik müvəffəqiyyətsizlik hesab edilir və bu hal aradan qaldırılana qədər növbəti semestrlər üçün proqram iştirakçılarının xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Bu zaman bütün xərclər proqram iştirakçısı tərəfindən ödənilir. Proqram iştirakçısının təhsil müəssisəsini, ixtisası, təhsilalma formasını dəyişdirməsi, onun təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilini müvəqqəti dayandırması (ona akademik məzuniyyətin verilməsi) məsələləri “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada tənzimlənir. Proqram iştirakçısı ali təhsil müəssisəsindən xaric edildikdə, həmin təhsil müəssisəsi 3 (üç) iş günü ərzində bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Azərbaycan Respublika- sının Xarici İşlər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məlumat verməlidir. Proqram iştirakçılarının təhsil müddətinin üzrlü (xəstəlik, ailə vəziyyəti və s.) və ya onlardan asılı olmayan səbəblərə görə uzadılması halında, onların və ya ali təhsil müəssisəsinin müraciəti əsasında yalnız 1 (bir) əlavə semestr üzrə xərclərin ödənişi həyata keçirilə bilər.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın məbləği

(manatla)

  

Hazırlıq kursu və təhsil səviyyələri üzrə təhsil haqqı (illik maksimum məbləğ)

Aylıq təqaüd xərcləri

İllik tibbi yardım

tədris dilinə uyğun hazırlıq

kursu

baka- lavriat

magistra- tura

dokto- rantura

əsas (baza ali) tibb təhsili

reziden- tura

3000

4000

4500

5000

5500 

6000

800

200

Qeyd. Proqram iştirakçılarının viza və qeydiyyat xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğlərə uyğun, beynəlxalq nəqliyyat xərcləri isə faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.

Oxşar xəbərlər