12.09.2025, 08:14
AZ EN
18.07.2023, 14:19 399

Nə gözəl gündür bu gün: Laçına qayıdırıq

XƏBƏRLƏR
  • Arzuları, istəkləri, diləkləri Laçın olan laçınlı sakinlərin sevincinə bu gün bütün Azərbaycan xalqı sevinir.

İradə Polad: “Nə gözəl bir gündür...Laçına doğru yol alırıq... Artıq köçkün deyilik, öz doğma yurdumuza qayıdış edirik. Dünyanın xoşbəxti mənəm dünyada!”

İradə xanım daha sonra əlavə edir ki, acılı-kədərli günlərimiz Laçında qalmışdı. Amma o kədəri unutmaq üçün biz ailəmizlə, uşaqlarımızla, nəvələrimizlə bu gün yenidən Laçına qayıdırıq. Laçında yaşamaq bizim üçün böyük xoşbəxtlikdir. Mən bu gün bu yaşımda Laçına dönürəmsə, gələcək nəsil olan bizim övladlarımız bizim arxamızca Laçına doğru gələcəklər, Laçının özündə yaşayacağıq, Laçının özündə yaradacağıq...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər