22.11.2024, 00:40
AZ EN
20.11.2023, 08:12 395

Keçmiş məcburi köçkün: Bu xoş günlərin gələcəyinə həmişə ümid edirdim

XƏBƏRLƏR
  • Bu xoş günlərin gələcəyinə həmişə ümid edirdim. Çox sevinirəm ki, Prezident İlham Əliyevin uğurlu siyasəti məni arzuma çatdırdı.

Bu sözləri noyabrın 20-da Bakıdan Laçın rayonunun Zabux kəndinə yola salınan keçmiş məcburi köçkün Dilbər Behbudova deyib.

“Zabux kəndi mənim üçün çox əzizdir. Şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə qəhrəman Vətən övladlarının şücaəti sayəsində öz doğma yurdumuza qayıdırıq”, - deyən Dilbər Behbudova Böyük Qayıdışı gözləyən digər keçmiş məcburi köçkünlərə də bu günü yaşamalarını arzulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər