Publisistik əsərlər, şeirlər, ssenarilər yazan G.Kazımlı 50 illik yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitabın müəlliflidir. "Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının adını çəkmək olar.
Onun şeirlərinə dövrün böyük bəstəkarları - Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov mahnılar yazıb. Həmin mahnıları Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova və Oqtay Ağayev kimi görkəmli sənətkarlar ifa edib.
Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.
Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Gülhüseyn Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.
Görkəmli alim Gülhüseyn Kazımlı 2024-cü ilin fevral ayının 24-də 74 yaşında vəfat edib.
Allah rəhmət etsin.
Mina RƏŞİD