20.04.2025, 10:12
AZ EN
14.07.2023, 16:49 313

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli növbəti görüş-səyyar qəbulu keçirib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin növbəti görüşü-səyyar qəbulu Göyçay rayonunun Qaraməryəm kəndində keçirildi.

Laçın Rayon İcra Hakimiyyətinin  başçısı Aqil  Nəzərlinin laçınlı  məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu 2023-cü il 14 iyul tarixində Göyçay rayonunun Qaraməryəm kəndində - Göyçay rayonunun Qaraməryəm kənd klubunun inzibati binasında həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayon sakinləri ilə keçirilmişdir.

31 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli  çıxışında eyni zamanda şəhid ailələrinə, müharibə əlillərinə, məcburi köçkünlərə göstərilən diqqət və qayğıdan söz açmış, son illər məcburi köçkünlərin  mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xeyli işlərin görüldüyünü, 100-dən artıq müasir yaşayış kompleksinin və qəsəbələrin salındığını, digər köçkünlərlə yanaşı yüzlərlə laçınlı məcburi köçkün ailəsinin də yeni mənzillərlə təmin edildiyini  bildirmişdir. O, daha sonra çıxışında Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın ölkənin sosial-iqtisadi həyatındakı xidmətlərindən söz açaraq, respublikada məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətindəki çoxşaxəli fəaliyyətindən də danışmışdır.

Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülmüşdür.

Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak etmişlər.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər