Səyyar qəbulda rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul işçiləri və rayon sakinləri iştirak ediblər.
İcra başçısı əvvəlcə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda görülən işlər barədə rayon sakinlərinə ətraflı məlumat verib. Bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər bundan sonra da davam etdiriləcək. Rayonda keçirilən istər səyyar, istərsə də fərdi şəkildə aparılan qəbullarda səsləndirilən hər bir müraciət diqqətlə araşdırılaraq qanunvericiliyə uyğun icrası təmin olunur. Təbii ki, aparılan bütün bu tədbirlər əhalimizin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən işlər bundan sonra da davamlı olacaqdır.
Daha sonra sakinlər dinlənilib və onları narahat edən problemlər araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Rayon İcra Hakimiyyəti başçısının keçirdiyi səyyar qəbulu razılıqla qarşılayan rayon sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hazırladı: Mina RƏŞİD